“Bornmut”un 24 yaşlı hücumçusu Antuan Semenyo qış transferində “Liverpul”a keçə bilər.
QOL.az “Goal.com”a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngi hücum xəttindəki boşluqları doldurmaq üçün qanalı futbolçunu heyətə qatmaq niyyətindədir.
Bildirilir ki, Semenyo özü də Mersisayd klubunda oynamağa maraqlıdır.
Qeyd edək ki, futbolçu 2023-cü ildən “Bornmut”da çıxış edir. O, bu mövsüm İngiltərə Premyer Liqasında 8 oyunda 6 qol vuraraq, 3 məhsuldar ötürmə ilə yadda qalıb.