“Benfika”nın baş məşqçisi Joze Mourinyu dünən "Nyukasl"la matçdan sonra keçirilən mətbuat konfransında Kərəm Aktürkoğlu barədə maraqlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Benfika”nın Kərəmi komandada saxlaya bilmədiyi üçün indi onun çatışmazlığını hiss etdiyini bildirib:
“Çox bəyəndiyim bir futbolçu var idi və hazırda bizdə o yoxdur. “Benfika” Kərəm Aktürkoğlunu itirdiyinə görə peşmandır. Onu axtarırıq. Amma bu məsələdə “Benfika”nı qınaya bilmərəm. Çünki “Fənərbağça” Kərəmin burada qazandığı məvacibin beş qatını təklif etdi. Bu, qaçınılmaz bir vəziyyət idi.”
Mourinyu iddia edib ki, Kərəm Aktürkoğlu hazırda “Fənərbağça” klubundan illik 10 milyon avro məvacib alır. Müqayisə üçün, onun keçmiş klubu “Benfika”da qazancı 2 milyon avro təşkil edirdi.
Kamil Xudiyev