AZ

Rusiyada miqrantlar üçün qadağan olunmuş peşələrin siyahısı ARTIRILDI

Novosibirsk vilayətində miqrantlar üçün qadağan olunmuş peşələrin siyahısı genişləndirilib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Novosibirsk vilayətində 2026-cı ildən etibarən xarici vətəndaşların işləyə biləcəyi sahələrə yeni məhdudiyyətlər tətbiq olunacaq.

Qadağan olunmuş peşələrə indi yük maşını sürücüləri, sosial yeməkxanalarda, bufetlərdə və kafelərdə çalışanlar, həmçinin idman sahəsində işləyənlər də daxildir.

Qeyd edək ki, əvvəllər miqrantların taksi sürmək, uşaq bağçalarında işləmək və spirtli içkilər və tütün məhsulları satan mağazalarda fəaliyyət göstərmək hüquqları məhdudlaşdırılmışdı.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
99
interpress.az

1Mənbələr