AZ

İspaniyada qara pişiklərlə bağlı qadağa

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

İspaniyanın şimal-şərqində yerləşən Terrassa şəhərində Hellouin bayramı ərəfəsində qara pişiklərin heyvan sığınacaqlarından götürülməsi müvəqqəti olaraq qadağan edilib.

Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.

Bildirilir ki, şəhər rəhbərliyi qara pişiklərin bayram zamanı ritual məqsədlərlə istifadə oluna biləcəyini ehtimal edir. Bu səbəbdən 6 oktyabrdan 10 noyabra qədər qara pişiklərin müvəqqəti saxlama və ya sahibləndirilməsi ilə bağlı bütün müraciətlər rədd ediləcək. Qərar heyvanların zorakılıqdan qorunması məqsədilə verilib.

Hazırda Terrassa şəhərində 9800-dən çox pişik yaşayır, yerli sığınacaqda isə təxminən 100 pişik saxlanılır, onlardan 12-si qaradır. Şəhərin vitse-meri Noel Duqe bildirib ki, hər il bayram öncəsi məhz qara pişiklərin sahibləndirilməsi ilə bağlı müraciətlərin sayı kəskin artır.

Qara pişiklərlə kobud rəftar faktı Terrassada qeydə alınmasa da, qərar ölkənin digər bölgələrindən olan könüllülərin xəbərdarlıqları əsasında verilib. Qadağa dövründə istisna hallara fərdi qaydada baxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
1
axsam.az

2Mənbələr