Bakı.Trend:
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənətfestivalı Azərbaycanın mədəni həyatında parlaq bir hadisəolacaq.
Bunu Trend-əmüsahibəsində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru,Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Komitəsinin sədri,sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyətişçisi Şirin Məlikova bildirib.
Festival 31 oktyabr – 2 noyabr tarixlərində Bakıda keçiriləcəkvə incəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm birhadisə olacaq. Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyitərəfindən, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilətəşkil olunur. Layihənin müəllifi və təşəbbüskarı isə Heydər ƏliyevFondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır. Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq vəkəşflərlə yaşayan bir səhnəyə çevirəcək. Festivalda əsas diqqətsənət dili vasitəsilə okeanlar və dənizlərdəki ekoloji vəziyyətəyönəldiləcək. Festivalın əsas mövzusu – su – həyatın, yenilənməninvə davamlı inkişafın simvolu kimi seçilib. Su, həmçinindayanıqlığın, yenilənmənin və ümumi yaddaşın simvolu olaraq "ArtWeekend" konsepsiyasının əsas elementi olacaq və beynəlxalqincəsənət dünyası ilə əhəmiyyətli dialoqun qurulmasına xidmətedəcək.
Şirin Məlikovanın sözlərinə görə, festival çərçivəsində 31oktyabrda Azərbaycan Milli İncəsənət Muzeyində “Kəsilmiş Ümid” adlıretrospektiv sərgi açılacaq. Bu sərgi milli təsviri sənətimizingörkəmli nümayəndələrindən biri, nonkonformist rəssam TofiqCavadovun anadan olmasının 100 illiyinə həsr olunub. Sərgidərəssamın 90-dan çox işi – rəsm, qrafika və kitab illüstrasiyalarınümayiş olunacaq. Onların bir qismi ictimaiyyətə ilk dəfə təqdimolunacaq. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Dövlət RəsmQalereyasının, "Yeni Gallery"nin və şəxsi kolleksiyalarıneksponatları təqdim ediləcək. Cəmi 38 il ömür sürməsinə baxmayaraq,Tofiq Cavadov milli mədəniyyətimizdə dərin iz qoyub, onun əsərləriAzərbaycan incəsənətinin qızıl fonduna daxildir. O, zamanınıqabaqlayan böyük sənətkar, sosialist realizminin çərçivələrindənkənara çıxan cəsarətli bir rəssam idi və dərin fəlsəfi düşüncələrəmalik idi. Muzeyin kolleksiyasında onun əsərlərinin böyük hissəsisaxlanılır və bu yaxınlarda həmin kolleksiya rəssamın qrafika vərəsm sahəsində daha iki əsəri ilə zənginləşib. Həmin əsərlər dəsərgidə nümayiş olunacaq.
Şirin Məlikova bildirib ki, muzey sənət əsərlərinin bərpasınaxüsusi önəm verir və hazırda Tofiq Cavadovun Dövlət RəsmQalereyasına məxsus əsərləri bərpa prosesindən keçir.
O, həmçinin festivalın ümumi əhəmiyyətinə toxunaraq deyib:
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənətfestivalı Azərbaycanın mədəni həyatında əlamətdar bir hadisəolacaq. Bu, təkcə tanınmış ustadların iştirakı ilə keçiriləcəkböyük bir incəsənət bayramı deyil, eyni zamanda müxtəlif məkanlardamaraqlı mühazirələr, konsert proqramları, tamaşalar və digərtədbirlər təqdim olunacaq. Festival, həmçinin bəşəriyyət üçünaktual olan ekoloji məsələyə – su ehtiyatlarına – sənət vasitəsilədiqqət çəkməyi qarşısına məqsəd qoyur”.
Festivalın açılış mərasimi 31 oktyabr tarixində Heydər ƏliyevMərkəzində keçiriləcək. Həmin gün bir neçə mühüm hadisə baştutacaq: məşhur kolumbiyalı rəssam və heykəltəraş FernandoBoteronun əsərləri sərgilənəcək, BMT və IDEA-nın birgə layihəsiolan “Mənim dənizlərim, mənim okeanlarım” adlı ekspozisiya təqdimolunacaq. Burada Azərbaycanın aparıcı rəssamlarının ekolojiməsuliyyət və davamlı inkişaf mövzusunda əsərləri nümayişetdiriləcək. Axşam isə ABŞ-dan Şeril "Pepsi" Rayli və Interplayqrupunun ifasında R&B və caz improvizasiyasının unikal birkonserti baş tutacaq.
Azərbaycan Mədəniyyət Nazirliyinin müşaviri Cahangir SəlimxanovTrend-əmüsahibəsində bildirib ki, Azərbaycanda daim mühüm mədəni layihələrhəyata keçirilir, lakin “Bakıya Uçuş. İncəsənət Həftəsonu: GələcəyiİNDİ Duy” şübhəsiz ki, ən yaddaqalan hadisələrdən biri olacaq.
“Bu festivalın ənənəvi hal alması vacibdir. Çünki burada yüksəkmədəni dəyərlər təbliğ olunur, eyni zamanda insan həyatı üçün sondərəcə vacib olan ekoloji məsələlərə toxunulur. Hər bir Bakı sakinivə paytaxtın qonaqları bu böyük incəsənət bayramının şahidi olacaq.Bildiyiniz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi Leyla Əliyeva incəsənətlə yaxındanbağlıdır, rəssamdır və eyni zamanda ekoloji məsələlərə də xüsusiönəm verir. Məhz bu iki istiqamət festivalda bir araya gətirilib vəinsan həyatında vacib rol oynayan su amilinə diqqət çəkilir. Bubaxımdan, su "Art Weekend"in əsas fəlsəfi, bədii və ekolojimövzusudur”.
Festival çərçivəsində Bakıdakı bir çox mədəniyyət mərkəzlərindətədbirlər keçiriləcək: HHeydər Əliyev Mərkəzi, İçərişəhər, Müasirİncəsənət Muzeyi, Daş Salnamə Muzeyi, Səməd Vurğun adına AzərbaycanDövlət Akademik Rus Dram Teatrı, Bakı Marionet Teatrı, RespublikaUşaq-Gənclər İnkişaf Mərkəzi, Maqsud İbrahimbəyov YaradıcılıqMərkəzi, Q Gallery, Bakı Fotoqrafiya Evi, YARAT Müasir İncəsənətMəkanı, Azərbaycan Rəngkarlığı Muzeyi , Azərbaycan Dövlət RəssamlıqAkademiyası, “Nine Senses” İncəsənət Mərkəzi və digər məkanlar.
Festival çərçivəsində 40-dan çox layihə təqdim olunacaq –sərgilər, performanslar, musiqi və poeziya gecələri, incəsənətinstalyasiyaları və texnoloji eksperimentlər, təhsil proqramları.Bütün bunlar Azərbaycanın zəngin mədəni irsini və müasir yaradıcıenerjisini əks etdirəcək. Festivalda yer alacaq layihələr arasında:Orxan Hüseynov, Rəşad Ələkbərov, Faiq Əhməd, Fərid Rəsul kimi gəncsənətkarların “Əcdadlar” adlı ekspozisiyası; Elvin Nəbizadənin“Sonuncu dalğa” kinetik instalyasiyası; “Püstə ağacı: Yaddaşınkökləri” adlı multidissiplinar layihə – ədəbiyyat, sənətkarlıq vəekologiyanın sintezi; Nigar Həsənzadənin kuratorluğu ilə poeziyagecələri; Firuzə Sultanzadənin rəhbərliyi ilə 3-14 yaşlı uşaqlarüçün nəzərdə tutulmuş incəsənət proqramı; Baku Steel Art 2025festivalı iştirakçılarının işlərinin təqdimatı və s.