Fransa nəhəngi “Marsel” “Real Madrid”in gənc hücumçusu Endriki yanvarda icarəyə götürmək niyyətindədir.
Fanat.Az Fransanın nüfuzlu “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu cari mövsümdə hələ heç bir oyunda iştirak etmədiyi üçün daha çox oynaya biləcəyi komandaya keçməyə müsbət yanaşır.
Madrid təmsilçisi isə gənc oyunçunun təcrübə qazanması məqsədilə bu variantı dəyərləndirməyə hazırdır.
Xatırladaq ki, “Real Madrid” Endriki “Palmeyras”dan transfer etmişdi.
Kamil Xudiyev