AZ

Paşinyan Gümrü merinin tutulmasında əli olmadığını iddia edib

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərinin müxalifətçi meri Vardan Qukasyanın rüşvətxorluq ittihamı ilə həbsində onun iştirak etməsi barədə yayılan məlumatları təkzib edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumət iclasında danışıb.

"Deyirlər ki, Vardan Qukasyan fikir və hərəkətlərinə görə saxlanılıb. Mənim bununla nə əlaqəm var? Mənim şəxsi fikirlərim mənə qarşı istifadə oluna bilər, amma başqalarına qarşı necə istifadə oluna bilər?" - deyə baş nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
3
oxu.az

4Mənbələr