AZ

Simeone: “Arsenal” bu mövsüm qarşılaşdığımız ən güclü komandadır”

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasında “Arsenal”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:4 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Komandamızda inkişaf gedir. Bunu davam etdirməliyik. Buraxılan qola qədər çox yaxşı oynadıq. Lakin 60-cı dəqiqədən sonra rəqib üstün oldu və layiqli qələbə qazandı.

“Arsenal” bu mövsüm qarşılaşdığımız ən güclü komandadır. Onlar çox yaxşı mübarizə aparır, daim qaçır, irəli oynayırlar. Meydanda hər mövqedə inanılmaz çıxış edirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
futbolpress.az

1Mənbələr