ain.az bildirir, Bakupost portalına istinadən.
Böyük Britaniya Kral Donanması tarixində ilk dəfə hərbi gəmisini Rusiya gəmisinin hərəkətini izləmək məqsədilə birbaşa NATO komandanlığının ixtiyarına verib.
Bakupost.az "Sky News"a istinadən xəbər verir ki, “HMS Duncan” esminesi “Vitse-admiral Kulakov” adlı Rusiya gəmisini Şimal dənizi və La-Manş boğazından keçərkən müşayiət edib.
Əməliyyata “Wildcat” helikopteri, Fransa Hərbi Dəniz Qüvvələri və Hollandiya aviasiyası da cəlb olunub.
Məlumata görə, Britaniya esminesi rus gəmisini Fransanın Uessant adasına qədər izləyib.
Londonda bildirilib ki, əməliyyat Britaniyanın öz ərazi sularını qorumağa və NATO müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu göstərir.
Lalə, Bakupost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.