AZ

ABŞ Senatının komitəsi Rusiya əleyhinə üç qanun layihəsini təsdiqlədi

BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Senatının komitəsi Rusiya əleyhinə üç qanun layihəsini təsdiqləyib.

ABŞ Senatı Rusiyanı hədəf alan üç qanun layihəsini qəbul edə bilər.

Teleqraf xəbər verir ki, birinci qanun layihəsi dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadəsini nəzərdə tutur.
İkinci layihə Rusiyanı “terrorizmin sponsorları” siyahısına daxil edir, üçüncüsü isə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək verən Çinin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları nəzərdə tutur.

Bir gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan etdi ki, Konqresdəki respublikaçılar Rusiyaya qarşı sərt sanksiyaların tətbiqini nəzərdən keçirməkdə “çox həvəslidirlər”.

Seçilən
108
9
teleqraf.com

10Mənbələr