AZ

ABŞ Senatı Rusiyaya qarşı üç qanun layihəsini təsdiqləyib

Qanun layihələri dondurulmuş aktivlərin Ukraynaya yönəldilməsini, Rusiyanın “terrorizmin sponsoru” kimi tanınmasını və Çinə sanksiyaları nəzərdə tutur...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Senat Komitəsi Rusiyaya qarşı üç mühüm qanun layihəsini təsdiqləyib. Bu barədə yuxarı palatanın üzvü, senator Cinn Şahin məlumat verib.

Siyahıya ilk növbədə ABŞ-da dondurulmuş Rusiya suveren aktivlərinin Ukraynaya maliyyə dəstəyi məqsədilə istifadəsini nəzərdə tutan qanun layihəsi daxildir. Bu təşəbbüs Kiyevə yardım mexanizmlərinin genişləndirilməsinə və Rusiya dövlət vəsaitlərinin Ukraynanın bərpasına yönəldilməsinə imkan verəcək.

İkinci sənəd Rusiyanın rəsmi şəkildə ABŞ-ın “terrorçuluğa sponsorluq edən dövlətlər” siyahısına daxil edilməsini təklif edir. Belə bir qərar qəbul edilərsə, Moskva üçün yeni iqtisadi və diplomatik məhdudiyyətlər qüvvəyə minəcək, ABŞ şirkətləri və bankları ilə istənilən əməkdaşlıq kəskin məhdudlaşdırılacaq.

Üçüncü qanun layihəsi isə Rusiyanın Ukraynaya qarşı “xüsusi hərbi əməliyyatına” göstərilən Çin dəstəyi ilə əlaqədar sanksiyaların tətbiqini nəzərdə tutur. Layihə Pekinlə Moskva arasındakı hərbi və texnoloji əməkdaşlığın ABŞ tərəfindən nəzarətə götürülməsini və bu sahədə iştirak edən Çin qurumlarının cəzalandırılmasını hədəfləyir.

Qanun layihələri indi Senatın tam iclasına və daha sonra Nümayəndələr Palatasına təqdim olunacaq. Onların təsdiqi ABŞ-ın Rusiyaya qarşı strateji təzyiq kursunun növbəti mərhələsi kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
97
9
poliqon.info

10Mənbələr