AZ

NATO baş katibi: Trampın planı Ukraynadakı münaqişəyə son qoya bilər

NATO-nun baş katibi Mark Rutte hesab edir ki, ABŞ prezidenti Donald Trampın təqdim etdiyi plan Ukraynadakı münaqişənin həllinə real imkan yarada bilər. Lakin o, bu prosesin gözlənildiyindən daha uzun çəkəcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə Rutte “İnterfaks” agentliyinə açıqlamasında danışıb. O, jurnalistlərin Trampın Qəzza münaqişəsinin həlli istiqamətində atdığı addımların Ukrayna vəziyyətinə də tətbiq edilə biləcəyi ilə bağlı sualını cavablandırıb.

“Mən əminəm ki, biz bu vizyonu reallaşdıra bilərik”, – deyə NATO baş katibi vurğulayıb.

Mark Rutte eyni zamanda qeyd edib ki, Ukraynadakı münaqişənin həlli yalnız bütün tərəflərin iştirakı ilə aparılacaq hərtərəfli danışıqlar nəticəsində mümkündür. Onun sözlərinə görə, bu prosesi “sabah həll etmək” mümkün deyil və ciddi diplomatik səylər tələb olunur.

NATO baş katibinin ABŞ-a səfəri çərçivəsində prezident Donald Trampla görüşü planlaşdırılır. Tərəflərin müzakirə mövzuları sırasında alyansın Ukraynaya dəstəyi, həmçinin Avropa və Kiyevin təqdim etdiyi münaqişəyə son qoymaq planı yer alır.

 

// Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr