BAKI, 22 oktyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Atletik Bilbao" (İspaniya) - "Qarabağ" oyununda ermənilər təxribata yol veriblər.
Teleqraf xəbər verir ki, “San Mames” stadionunda təşkil olunan görüşdə ermənilər artıq tarixin zibilliyinə atılmış qondarma rejimin "bayrağı"nı tribunada sərgiləyiblər.
Məsələ ilə bağlı Ağdam klubunun UEFA-ya şikayət ünvanlayacağı istisna deyil.
Qeyd edək ki, hazırda “Qarabağ” rəqibini Leandro Andradenin ilk dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə məğlub edir.