AZ

İpoteka kreditlərinə maraq azalır - Səbəb nədir?

Ötən illərlə müqayisədə ipoteka kreditlərinə maraq azalıb. 

İqtisadçı Natiq Cəfərli Hit.az-a deyib ki, ipoteka kreditlərinin az olmasının əsas səbəbi bankların ipoteka kreditlərində çox da maraqlı olmamasıdır: 

"Dövlətin İpoteka Fondu vasitəsilə verdiyi güzəştli ipotekaların isə həcmi məhduddur, o qədər də böyük deyil. İpoteka kreditlərinin daha əlçatan olması üçün İpoteka Fonduna verilən vəsaitin həcmi kəskin şəkildə artırılmalıdır, amma buna indi elə bir imkan olacağını düşünmürəm. Ya da gələcəkdə addım-addım faizlərin aşağı düşməsi baş verməlidir ki, banklardan kredit götürmək həm vətəndaşa sərf etsin, həm də banklarda müəyyən qədər istehlak kreditlərinə yox, ipoteka kreditlərinə maraq yaransın".

Sevinc

Seçilən
83
hit.az

1Mənbələr