“Oyuna yaxşı hazırlaşmışdıq”.

Offsideplus.az xəbər verir ki, bunu "Abşeron Lions" basketbol komandasının baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunun əsas mərhələsində baş tutan "Trefl"lə oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Oyuna çox yaxşı başlamasaq da, sonradan vəziyyəti dəyişə bildik. Xüsusilə də, hücumda yaxşı çıxış etdik. Müdafiədə isə müəyyən səhvlərimiz oldu. Çox yaxşı bir komandaya qarşı oynayırdıq. Rəqibin təcrübəli oyunçuları var. Ancaq yenə də yaxşı oynadığımızı düşünürəm. Basketbolumuzu inkişaf etdiririk. Oyundan məmnun qalsam da, məğlubiyyət üçün üzülürəm”

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən matç rəqibin 99:96 hesablı qələbəsi ilə bitib.