İspaniya La Liqası oktyabr ayı üzrə “ən yaxşı baş məşqçi” mükafatına namizədlərin adlarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, qısa siyahıya “Real”ın çalışdırıcısı Xabi Alonso, “Betis”in baş məşqçisi Manuel Pelleqrini və “Rayo Valyekano”nun rəhbəri İnyiqo Peres daxil edilib.
Hazırda “Real Madrid” 9 turdan sonra topladığı 24 xalla İspaniya çempionatının lideridir. “Betis” 16 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Rayo Valyekano” isə son iki qələbədən sonra 11 xalla 11-ci yerdə mövqelənib.
Qeyd edək ki, oktyabr ayında La Liqada daha bir tam tur keçiriləcək. Bu turun əsas qarşılaşması “El Klasiko” olacaq – “Real Madrid” öz meydanında “Barselona”nı qəbul edəcək.