AZ

Daha bir ölkə Putinin təyyarəsinə icazə verməyəcək

Latviya Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin Budapeştdə ABŞ prezidenti Donald Trampla görüş üçün ölkə üzərində uçmasına icazə verməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi bildirib.

"Latviya öz hava məkanından uçuşa icazənin verilməsi imkanını mümkün görmür", - nazirlik vurğulayıb.

Öz növbəsində, Polşanın xüsusi təyinatlı bölməsinin keçmiş komandiri, general Roman Polko polşalı pilotların Putini Macarıstana aparan təyyarəni "vura biləcəklərini" deyib.

Seçilən
93
50
unikal.az

10Mənbələr