AZ

İspaniya La Liqasında ayın futbolçusu mükafatı uğrunda beş namizəd

Oktyabr ayı hələ başa çatmasa da, İspaniya La Liqası artıq ayın ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, siyahıya beş futbolçu daxil edilib – “Real Madrid”dən Kilian Mbappe, “Barselona”dan Pedri, “Atletiko”dan Yan Oblak, “Betis”dən Antoni və “Rayo Valyekano”dan Xorxe de Frutos.

Hazırda İspaniya çempionatına 9 turdan sonra 24 xal toplayan “Real Madrid” başçılıq edir. “Barselona” 22 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, La Liqanın nəhəngləri 26 oktyabr, bazar günü “El Klasiko”da üz-üzə gələcəklər. Görüş Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Seçilən
106
90deqiqe.az

1Mənbələr