Dabaq xəstəliyi ilə bağlı yayılan xəbərlərdən sonra balıq bazarında bahalaşma müşahidə oluunr.
Alıcılar bildirirlər ki, xəstəliklə əlaqədar toyuq və balıq ətinə üstünlük verirlər.
Misal üçün Sudak balığı 12 manatdan 14 manata qalxıb. Forel balığı 11-12 manatdan 13 manata qalxıb.
Sazan, Belamur, Çapaq bu balıqların qiymətində bahalaşma müşahidə edilmir.
Satıcılar isə bahalaşmanı xəstəliklə əlaqələndirmirlər: "Sudak, Kütüm,Forel, Çupra balıqları ən çox satılan balıqlardır. Həm alıcsı çoxdur, həm də bu balıqların çoxu İrandan gəlir.
Bəzən gecikmələr olur. Qiymətlər də dəyişir. Hər partiya fərqli qiymətlə gəlir. Piştaxtada isə müəyyən qədər bahalaşa bilir".