Asiya Çempionlar Liqasının 2-ci mövsümünün D qrupunda III turun oyunlarından biri başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Hindistanın “Goa” klubu öz meydanında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasını qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın hesabını 10-cu dəqiqədə “Əl-Nəsr”in braziliyalı hücumçusu Qabriel Anjelo açıb. 27-ci dəqiqədə komanda yoldaşı Harun Kamara fərqi iki topa çatdırıb. İlk hissənin sonlarında, 41-ci dəqiqədə “Goa”nın futbolçusu Brison Fernandes hesab arasındakı fərqi minimuma endirib. Görüşün sonlarında – 90+3-cü dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi David Timor qırmızı vərəqə alaraq meydandan qovulub.
Üç turun nəticəsinə əsasən, Kriştiano Ronaldonun komandası “Əl-Nəsr” 9 xalla D qrupuna başçılıq edir. “Goa” isə hələ xal qazana bilməyib və son – dördüncü pillədə qərarlaşıb.