AZ

Azərbaynın Milli Qəhrəmanı - şəhid polkovnik Şükür Həmidovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki olan Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudlu kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Həmidovlar ailəsi Sumqayıt şəhərinə gəlməli olublar. 1990-1993-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan Şükür Həmidov 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul olub və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib. Təhsili bitirərək 1995-ci ildən etibarən Azərbaycan Ordusunun sıralarında xidmətə başlayan Şükür Həmidov 2016-cı ilin "Aprel" döyüşlərində Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığının yerinə yetirən zaman göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 2016-cı il mayın 10-da isə müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən Şükür Həmidova vaxtından əvvəl "polkovnik" hərbi rütbəsi verilib.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı 2-ci Ordu Korpusunun Komandir müavini olan polkovnik Şükür Həmidov cəbhənin cənub istiqamətində gedən döyüşləri idarə edib və əsgərləri ilə çiyin-çiyinə düşmənlə savaşıb. O, oktyabrın 22-də səhər radələrində Qubadlı rayonu istiqamətində ön xətdə döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Şükür Həmidov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Zəfər" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
81
qht.az

1Mənbələr