AZ

Azərbaycan Ermənistana yüklərin tranziti ilə Azərbaycan üzərindən dașınmasına qadağaları aradan qaldırıb

İlk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Yük Aktau-Bakı dəmir yolu vasitəsilə, daha sonra isə Azərbaycan-Gürcüstan marşrutu ilə Ermənistana çatdırılacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışında bu addımına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Pașinyan həm də maraqlı çıxıș edərək bunları söyləyib: “Bizim - Azərbaycan, Gürcüstan və Ermənistanın tarixləri bir-birinə bağlıdır. Azərbaycan, Ermənistan və Gürcüstan 1918-ci ildə cəmi bir neçə gün fərqlə müstəqillik əldə edib, müəyyən müddət sonra eyni dövrdə bu müstəqilliklərini itiriblər. 1991-ci ildə isə bu üç ölkə yenə eyni vaxtda müstəqillik qazanıb. Tariximizdən dərs almalıyıq. Hesab edirəm ki, 1991-ci ildə 1918–1920-ci illərin tarixindən kifayət qədər dərs çıxarmamışdıq, anlamamışdıq ki, niyə biz eyni vaxtda müstəqillik qazanıb, eyni vaxtda onu itirdik. Bunun səbəblərindən biri o idi ki, biz bir-birimizin müstəqilliyi, suverenliyi və dövlətçiliyinin dəyərini lazımi qədər qiymətləndirmədik. Bizə, yaxud da əcdadlarımıza elə gəlirdi ki, bir-birimizlə mübarizə aparmaqla daha böyük faydalar əldə edə bilərik. Halbuki tarix göstərdi ki, bir-birimizlə mübarizədə biz yalnız itkilər yaşaya və ən vacibini – dövləti, müstəqilliyi itirə bilərik”

Bu fikirləri ilə Pașinyan bir daha ermənilərin Azərbaycana qarșı törətdikləri soyqırım və ișğal siyasətinin yalnıș olduğunu etiraf edib. Eyni zamanda dolayısı ilə Qərbi Azərbaycana Qayıdıș konsepsiyasının ləyaqətli və təhlükəsiz qayıdıș prinsiplərinin mümkünlüyünü vurğulayıb.

Azərbaycan iki ölkə arasında sülh proseslərinin dərinləșməsi və suverenliyimizin möhkəmlənməsi istiqamətində cəsarətli addım atıb və bu addım dünyadakı münaqișə və müharibə ṣəraitində olan qonșu ölkələr üçün əhəmiyyətli mesajdır.

Eyni zamanda Zəngəzur dəhlizinin açılımı,geniṣ və təhlükəsiz beynəlxalq kommunikasiyalara,logistika sistemlərinə çıxıș üçün ciddi addımdır. Əgər Ermənistan lideri və ermənistan cəmiyyəti mövqelərində səmimi olsalar baș verən proseslər Cənubi Qafqazda davamlı sülhün qurulmasına xidmət etməklə yanașı Rusiyanın imperiya siyasətinə qarșı atıla biləcək önəmli addım ola bilər!

 

İlqar Hüseynli 

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri

Seçilən
96
qht.az

1Mənbələr