“Çətin oyun idi”. 

Offsideplus.az xəbər verir ki, bunu "Abşeron Lions" basketbol komandasının baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunun əsas mərhələsində "Trefl"lə oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: “Çoxlu çətin atışlar vardı. Düzünü desəm, komandamın oyunundan o qədər də razı qalmadım. Xüsusilə də, müdafiədən. Qələbəyə gedən yol heç vaxt asan olmur. Oyunçularımı təbrik edirəm. Qalib gəldiyimiz üçün sevincliyəm”.

Mütəxəssis “Neftçi” və “Abşeron Lions” komandalarını müqayisə edib: “Evdə oynamaq həmişə daha asan olur. Həm FİBA, həm də səfərdə oynamaq bir qədər çətin məsələdir. Ümumiyyətlə, heç vaxt bilmirsən ki, bəxtinə necə idman zalı düşəcək. Burada isə həm otel, həm də idman zalı çox yaxşı idi. “Neftçi”yə qarşı yaxşı oynadıq. Bizim üçün uğurlu gün idi. Oyun əslində bərabər getmişdi. İki matçı müqayisə etsək deyə bilərəm ki, “Neftçi”nin oyunçuları nisbətən daha çevikdirlər. “Abşeron Lions”un basketbolçuları isə fiziki baxımdan daha güclü və atletikdirlər”.

Qeyd edək ki, “Neftçi” ilk matçında Polşada “Trefl”ə uduzub - 63:92. I qrupunun bu gün baş tutan digər görüşündə isə Polşa təmsilçisi “Abşeron Lions” üzərində 99:96 hesablı qələbə qazanıb.