AZ

Azərbaycan Ermənistana qida göndərdi Sərkisyan “narazı” qaldı

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan jurnalistlərlə söhbətində Qazaxıstandan Azərbaycan ərazisi ilə Ermənistana taxıl idxalı mövzusuna toxunub və bu variantın “ən yaxşı variant olmadığını” iddia edib.

Bakupost.az xəbər verir ki, Azərbaycanın Ermənistana tranzit yüklərin göndərilməsi ilə bağlı işğaldan bəri mövcud olan qadağanı ləğv etməsi Qarabağda qətliamların ilhamvericisi və icraedicilərindən olan Serj Sərkisyanı “qane” etməyib.

“Mən düşünmürəm ki, bu, Ermənistana taxıl idxal etmək üçün ən əlverişli, ən qısa və ən ucuz yoldur”, - Sərkisyan deyib.

Buna baxmayaraq, o, sülhdə “təhlükə olmadığını” da etiraf etməyə məcbur olub:

“Sülhdə təhlükə yoxdur, təhlükələr qərar qəbul edənlərin uzaqgörənliyindən irəli gəlir”.

Asena,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
www.bakupost.az

1Mənbələr