AZ

ABŞ Rusiya və Çinə qarşı qanun layihələrini təsdiqlədi

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya və Çinə qarşı irəli sürülmüş 3 qanun layihəsini yekdilliklə qəbul edib.

Publika.az xəbər verir ki, layihələr 100 senatordan 85-nin dəstəyini qazanıb.

Birinci qanun layihəsi ABŞ-da dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə edilərək Ukraynaya maliyyə yardımı göstərilməsini, ikinci qanun Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif edir.

Üçüncü qanun layihəsi isə Çinlə bağlıdır. Belə ki, bu ölkəyə Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsi ilə bağlı sanksiyaların tətbiqini nəzərdə tutulur.

Seçilən
98
9
publika.az

10Mənbələr