İspaniyada “Atletik” (Bilbao) və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu baş tutub.
Hefteıik.az-ın məlumatına görə, matç “San Mames” stadionunda keçirilib.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edib.
Oyunun 1-ci dəqiqəsində Leandro Andrade fərqlənib və “Qarabağ” hesabda önə çıxıb. 40-cı dəqiqədə Qorka Quruseta hesabı bərabərləşdirib. 70-ci dəqiqədə Robert Navarro “Atletik”-nu önə çıxarıb. 88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.
Beləliklə, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk məğlubiyyətlə üzləşib.