AZ

Kir Starmer Ukraynada atəşkəs üçün plan hazırlayır

Britaniyanın baş naziri Kiyevin müttəfiqlərinin hamısının imzalayacağı sənəd üzərində çalışır...

Poliqon xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynada atəşkəsin təmin olunması üçün yeni diplomatik təşəbbüs irəli sürür. Politico nəşrinin məlumatına görə, planı Kiyevin bütün müttəfiqləri imzalamalıdır və hazırda sənəd üzərində intensiv danışıqlar gedir.

Mənbələrin bildirdiyinə görə, Ukraynanın tərəfdaş ölkələri müxtəlif atəşkəs ssenariləri hazırlayırlar ki, bu variantlar sonradan ABŞ prezidenti Donald TrampRusiya prezidenti Vladimir Putinə təqdim olunsun.

Müzakirə olunan ideyalardan biri Trampın Yaxın Şərq təşəbbüsünə bənzər bir modelin yaradılmasıdır. Bu çərçivədə “sülh şurası” adlı beynəlxalq qurumun yaradılması təklif olunur. Həmin şura atəşkəsin yerinə yetirilməsinə və münaqişədən sonrakı idarəçiliyə nəzarət etməli olacaq . Bu plan Trampın Qəzzə bölgəsində idarəçiliyə nəzarət üçün irəli sürdüyü “sülh şurası” ideyasına bənzəyir.

Mənbələr bildiriblər ki, “sülh şurası” ideyası hələ ilkin mərhələdədir və Avropanın müxtəlif müttəfiqləri paralel olaraq digər diplomatik planlar üzərində də işləyirlər. Heç bir layihə hələlik yekun razılaşdırılmış variant hesab edilmir.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr