Litva hökuməti Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Rusiya ilə qarşılıqlı səfərlər haqqında ikitərəfli sazişi ləğv edir.
LRT xəbər verir ki, Litva hakimiyyət orqanları qərarlarını razılaşmanın “praktikada tətbiq edilmədiyini və artıq aktual olmadığını” əsaslandıraraq veriblər.
Editor.az xəbər verir ki, müqavilə 2002-ci ildə Litva vətəndaşlarının Rusiyada və Rusiya vətəndaşlarının Litvada səyahət, tranzit və müvəqqəti qalma prosedurlarını sadələşdirmək üçün bağlanıb. Litvanın 2007-ci ildə Şengen vizasız zonasına qoşulmasından və Aİ-nin ruslara sadələşdirilmiş prosedur əsasında viza verilməsi qərarından sonra sənəd köhnəlmişdir. Litva Xarici İşlər Nazirliyinin məlumatına görə, 2022-ci ildə Rusiyanın Ukraynada hərbi əməliyyatının başlaması ilə razılaşma rəsmi olaraq dayandırılıb.
//Samir Qurbanov, Editor.az
2024-cü ilin mayında Litva hökuməti Rusiya və Belarusla ikitərəfli müqavilələri ləğv etmək, onları çoxtərəfli sazişlərlə əvəz etmək planlarını açıqlamışdı. Elə həmin ilin oktyabrında rəsmi Riqa Rusiya ilə 30 illik dəniz naviqasiyası müqaviləsinə də xitam vermişdi.