AZ

ABŞ Sakit okeanda narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Vaşinqton, 22 oktyabr, AZƏRTAC

ABŞ ordusu daha bir narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə müdafiə katibi Pit Heqset sosial mediada açıqlayıb.

Son bir neçə ayda sayca 8-ci olan bu zərbə gecə saatlarında Sakit okeanın şərqində baş verib. Əvvəlki yeddi hücum Karib dənizində gerçəkləşdirilib. Hadisədə iki nəfər ölüb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
5
azertag.az

10Mənbələr