AZ

Əks yola çıxan “Hyundai” “KİA” ilə toqquşdu; maşınlardan biri partladı 3 ölü VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Yol hərəkəti qaydasını pozan sürücü ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Novqorod şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb.

Belə ki, şəhər sakini idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolun “Ötmək qadağandır” hissəsində ötmə edən zaman yolun əks istiqamətinə çıxaraq “KİA” ilə toqquşub.

Zərbənin təsirindən avtomobillərdən birində partlayış baş verib.

Qəza nəticəsində “KİA”da olan bir ailənin üç üzvü hadisə yerində ölüblər. “Hyundai”ın sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
158
avtosfer.az

1Mənbələr