AZ

FED böyük bankların kapitalını artırmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fed ABŞ-ın ən böyük bankları üçün kapitalın 3%-dən 7%-ə qədər artırılmasını nəzərdə tutan yeni planını rəsmilərə təqdim edib.

Banco.azxəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) hələ yekunlaşdırılmamış bir planı 2026-cı ilin ilk rübündə açıqlamağı hədəfləyir.

ABŞ Prezidenti Donald Tramp tərəfindən Fed sədrinin müavini vəzifəsinə təyin edilən Mişel Bouman bu planın hazırlanmasında əsas rol oynayır.

Bloomberg-in xəbərinə görə, Fed Vol Stritin ən böyük bankları üçün Bayden dövründə təklif olunan bank kapitalı tələblərini əhəmiyyətli dərəcədə yumşaldacaq yeni bir planın əsas konturlarını ABŞ rəsmilərinə təqdim edib.

Bloomberg-lə danışan mənbələr bildiriblər ki, plan iri bankların kapitalında təxminən 3–7 faiz aralığında artım nəzərdə tutur.

Plan konkret proqnozlar ehtiva etməsə də, bu göstəricilər 2023-cü ildəki 19 faizlik və ötən ilki 9 faizlik artımlardan daha aşağı səviyyədədir.

Plan hələ ilkin mərhələdə olsa da, Vol Strit bankları tərəfindən böyük məmnuniyyətlə qarşılanacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
2
1
banco.az

2Mənbələr