AZ

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində bir neçə strateji hədəfə zərbələr endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, oktyabrın 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya ərazisində bir neçə strateji hədəfə zərbələr endirib.

Konkret olaraq dronlar Mordoviya Respublikasındakı Saransk Mexanika Zavodunu vurub. Zavodun ərazisində partlayışlar qeydə alınıb. Zavod piyada əleyhinə mühəndis sursatları və mina dəstləri, sursat detonatorları və işəsalma qurğuları istehsal edir.

Bundan əlavə, Dağıstan Respublikasında yerləşən Mahaçqala Neft Emalı Zavodu da vurulub. Zavodun ərazisindəki emal bölmələrindən birində zərbə aşkar edilib. Baş Qərargah qeyd edib ki, zavodun əsas məqsədi Xəzər Donanmasının hərbi-dəniz bazası üçün yanacaq tədarükü, anbarı və Rusiya işğalçılarının hərbi gəmilərini yanacaqla təmin etməkdir. Onun illik emal gücü 1 milyon tona qədərdir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
52
editor.az

1Mənbələr