AZ

ABŞ Ukraynadan Storm Shadow raketləri ilə uzaqmənzilli hədəflərin vurulmasını gözləyir

Vaşinqton bu raketlərin istifadəsini məhdudlaşdıra bilər, çünki onların hədəf məlumatları ABŞ-yə məxsusdur...

Poliqon xəbər verir ki, ABŞ rəsmiləri Ukraynadan yaxın vaxtlarda daha çox uzaqmənzilli hücumlar həyata keçirməsini gözləyirlər. The Wall Street Journal nəşrinin məlumatına görə, söhbət Britaniya istehsalı olan Storm Shadow qanadlı raketlərdən gedir ki, bu silahlar Rusiya hərbi obyektlərinə qarşı zərbələrdə mühüm rol oynayır.

ABŞ rəsmiləri qeyd ediblər ki, bu raketlərin istifadəsi Vaşinqtonun icazəsi ilə bağlıdır, çünki onların naviqasiya və hədəfləmə sistemləri ABŞ-a məxsus məlumatlara əsaslanır. Buna görə də, Amerika tərəfi istənilən anda Ukraynanın bu raketlərdən istifadə imkanlarını məhdudlaşdıra bilər.

Mənbələr bildiriblər ki, Vaşinqton hazırda Kiyevdən raket zərbələrinin miqyasını və intensivliyini artırmasını gözləyir, lakin bu, həm siyasi, həm də hərbi koordinasiyaya bağlı olacaq. ABŞ administrasiyası eyni zamanda zərbələrin beynəlxalq razılaşmalar və müttəfiqlərin strategiyası çərçivəsində qalmasını təmin etmək niyyətindədir.

Qeyd edək ki, Storm Shadow raketləri 250 kilometrdən artıq məsafədə hədəfləri dəqiqliklə vurmaq qabiliyyətinə malikdir və Ukraynanın dərinlikdəki Rusiya hərbi hədəflərinə qarşı ən effektiv silahlarından biri sayılır.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr