AZ

ABŞ Konqresi Rusiyaya qarşı yeni layihə HAZIRLAYIR

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsi Rusiyaya qarşı təzyiqləri artırmaq məqsədilə yeni qanun layihəsi üzərində işləyir.

Redaktor.az “Axios”a istinadən xəbər verir ki, sənəd qəbul olunacağı halda, Moskva üçün “üçqat zərbə effekti” yarada bilər.

Layihəyə əsasən, ABŞ ilk növbədə Rusiyanı terrorizmi dəstəkləyən dövlət kimi tanımağı nəzərdən keçirir. İkinci mərhələdə isə Çinin Moskvaya yardımına cavab olaraq Pekinə qarşı sanksiyalar tətbiq oluna bilər.

Üçüncü bənddə ABŞ-də dondurulmuş rus aktivlərinin hər 90 gündən bir yenidən bölüşdürülməsi və bu vəsaitlərin Ukraynaya yönəldilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
4
redaktor.az

5Mənbələr