Ukrayna Avropa müttəfiqləri tərəfindən maliyyələşdirilən tədarük planı çərçivəsində indiyədək təxminən 2 milyard dollar dəyərində ABŞ silahı alıb. Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. O, ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl Ağ Evdə açıqlamasında bildirib ki, Tramp yenidən Ukraynaya silah göndərmək qərarına gəlib. Rutte həmin silahların ödənişinin müttəfiqlər tərəfindən həyata keçiriləcəyini ifadə edib. Qeyd edək ki, Rusiya Ukraynaya silah göndərilməsinin barışığa mane olduğunu bəyan etmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya istənilən silah göndərilməsinin Rusiya üçün hədəf olacağını qeyd edib.