Oktyabrın 22-də Rusiya ordusunun Kiyev vilayətini atəşə tutması nəticəsində bir neçə dinc sakin həlak olub.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik məlumat verib. Brovarski rayonunun Poqrebi kəndində işğalçıların hücumu nəticəsində bir qadın, 12 yaşlı qız və altı aylıq körpə həlak olub.
Onların cəsədləri fərdi evdə baş verən yanğın yerində tapılıb. Daha sonra Kalaşnik daha bir qurban – 1987-ci il təvəllüdlü, işğalçılar tərəfindən atəşə tutulan yanacaqdoldurma məntəqəsinin işçisi barədə məlumat verib.
Kiyev xilasediciləri bölgənin bir gecədə atəşə tutulmasının nəticələrini göstəriblər.
//Samir Qurbanov, Editor.az