AZ

Rusiyanın Çelyabinsk vilayətində güclü partlayış baş verib

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Çelyabinsk vilayətində, Kopeysk şəhərindəki müəssisələrdən birində güclü partlayış olub.

APA xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib.Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.

Partlayışın dalğasından bəzi yaşayış binalarının pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb edilib, fövqəladə qərargah yaradılıb.

Qubernatorun sözlərinə görə, yerli sakinlər və mülki infrastruktur üçün təhlükə yoxdur.Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
232
8
apa.az

10Mənbələr