AZ

NATO baş katibi: Tramp və Zelenskinin görüşü uğurlu keçib

NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan son görüşün uğurlu keçdiyini bildirib.

Editor.az xəbər verir ki, Rütte jurnalistlərə açıqlamasında qeyd edib ki, Ağ Evdə keçirilən danışıqlar “yaxşı, uğurlu və məhz lazım olduğu kimi” keçib. Onun sözlərinə görə, görüş tərəflər arasında qarşılıqlı anlaşma və əməkdaşlığın davam etdirilməsi baxımından müsbət nəticə verib.

NATO rəhbəri əlavə edib ki, alyans Ukraynaya dəstəyin davamlı olmasına böyük önəm verir və ABŞ-Ukrayna münasibətlərində müsbət dinamikanın qorunmasını alqışlayır.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr