Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Çelyabinsk vilayətinin Kopeysk şəhərində, zavodda partlayış baş verib.
KONKRET.az xəbər verir ki, şəhərin qubernatoru Aleksey Teksler bu barədə öz Telegram kanalında məlumat verib.
Region qubernatorunun sözlərinə görə, partlayış nəticəsində ölənlər var.
“Bütün fövqəladə xidmətlər hadisə yerinə gəlib və qərargah yaradılıb”, – Teksler Telegram-da yazıb.
Qubernator vurğulayıb ki, Kopeyskdə mülki obyektlər üçün heç bir təhlükə yoxdur.
Əlavə məlumat verilməyib.
Dəniz Pənahova
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.