“Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali klubla yeni müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Athletic" məlumat yayıb.
Məlumata görə, “Nyukasl” Tonalinin müqaviləsini bir il uzadıb və avtomatik olaraq əlavə bir mövsüm üçün yenilənmə şərti əlavə edib. Bu məlumat uzun müddət gizli saxlanılıb və yalnız indi açıqlanıb.
25 yaşlı futbolçu 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a keçərək beş illik müqavilə bağlamışdı. Lakin oktyabr ayında o, qumar oyunları ilə bağlı müvəqqəti diskvalifikasiya almışdı. Bu müddət ərzində Tonali maaşının azaldılmasını təklif edib və klub bu təklifi qəbul edib.
Cari mövsümdə Tonali 10 oyuna çıxaraq 2 məhsuldar ötürmə edib.