AZ

ABŞ Maliyyə naziri Rusiyaya qarşı sanksiyaların kəskin şəkildə sərtləşdiririləcəyinin anonsunu verib

Vaşinqton Moskvanın maliyyə dayaqlarını hədəfə alır...

Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiya rejimini “əhəmiyyətli dərəcədə sərtləşdirməyi” planlaşdırdığını açıqlayıb.

"Ya bu gün günorta ticarət bağlandıqdan sonra, ya da sabah səhər Rusiyaya qarşı sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirilməsini elan edəcəyik", deyə ABŞ-nin maliyyə naziri Skott Bessent jurnalistlərə bildirib.

Nazirliyin bəyanatına görə, yeni tədbirlər Moskvanın hərbi və iqtisadi potensialını zəiflətməyə, həmçinin onun beynəlxalq maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırmağa yönəlib.

Rəsmi məlumatda bildirilir ki, sanksiyalar Rusiyanın müdafiə sənayesinə, enerji sektoruna və dövlət gəlirlərinin əsas mənbələrinə xidmət göstərən xarici maliyyə qurumlarını da əhatə edəcək. Bu qurumlara qarşı “ikincil sanksiyalar” tətbiq oluna bilər – yəni ABŞ-dakı maliyyə sistemlərindən təcrid və ya dollarla əməliyyatlara məhdudiyyət.

Maliyyə Nazirliyi vurğulayıb ki, məqsəd Rusiyanın müharibə iqtisadiyyatını dayandırmaq və onun texnologiya, proqram təminatı və avadanlıq sahəsindəki beynəlxalq əlaqələrini kəsməkdir. Bu çərçivədə yüzlərlə fiziki və hüquqi şəxsin sanksiya siyahısına əlavə olunacağı gözlənilir.

Ekspertlər hesab edirlər ki, Vaşinqtonun bu addımı Rusiyanın beynəlxalq maliyyə bazarlarına çıxışını xeyli çətinləşdirəcək və onun iqtisadi təcridini dərinləşdirəcək. Eyni zamanda, bu sanksiyalar ABŞ-la əməkdaşlıq edən xarici bank və şirkətlər üçün də yeni risklər yarada bilər.

Yeni tədbirlərin yaxın günlərdə qüvvəyə minməsi və mərhələli şəkildə tətbiq olunması planlaşdırılır.

Poliqon.info

Seçilən
6
2
poliqon.info

3Mənbələr