AZ

Bessent: Tramp Ukrayna danışıqlarının gedişatından məyusdur və Rusiyaya qarşı güclü sanksiyalar gəlir...

Vaşinqton Moskvanın qeyri-səmimi mövqeyindən narazıdır və yeni sanksiya dalğasına hazırlaşır...

Poliqon xəbər verir ki, ABŞ-ın maliyyə naziri Ceyms Bessent prezident Donald Trampın Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların hazırkı vəziyyətindən “dərin məyusluq” hiss etdiyini bildirib. Nazir vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarına dürüst şəkildə yanaşmır və bu, prosesin irəliləməsinə ciddi maneə yaradır.

Bessentin sözlərinə görə, Vaşinqton Moskvanın mövqeyini dəyişmək üçün əvvəlkindən daha güclü və hədəfli sanksiyalar tətbiq etməyə hazırlaşır. Yeni məhdudiyyətlər Rusiya iqtisadiyyatının əsas sahələrini - enerji ixracı, maliyyə əməliyyatları və texnoloji tədarük zəncirlərini əhatə edəcək. Nazir bildirib ki, bu tədbirlər Rusiyanın müharibə aparmaq imkanlarını xeyli zəiflədəcək.

Bessent həmçinin bəyan edib ki, ABŞ Avropa İttifaqı, G7 ölkələri, eləcə də Kanada və Avstraliya ilə koordinasiyada yeni sanksiya dalğasını həyata keçirmək niyyətindədir.

“Biz tərəfdaşlarımızla birgə hərəkət etməliyik ki, bu tədbirlər qlobal miqyasda real nəticə versin. Rusiya beynəlxalq normaları pozdu və cavab da beynəlxalq olmalıdır”, deyə nazir Bessent edib.

Ekspertlər hesab edirlər ki, bu bəyanat Vaşinqtonun Ukrayna məsələsində diplomatik səbrinin tükəndiyini və ABŞ administrasiyasının Moskva üzərində iqtisadi təzyiqi maksimum səviyyəyə qaldırmaq niyyətində olduğunu göstərir.

Poliqon.info

Seçilən
58
46
poliqon.info

10Mənbələr