AZ

Mərkəzi Bankın sədri: Hazırda “BTB Bank”ın fəaliyyəti ilə bağlı hər hansı problem görmürük

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Hazırda “BTB Bank”ın Mərkəzi Bankın tələblərinə cavab verməməsi ilə bağlı bir fakt yoxdur. Biz bunu nəzarət altında saxlayırıq. Bank dayanıqlıdır.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, “BTB Bank” bütün prudensial tələblərə riayət edir.

“Cəlb edilmiş əmanətlərin 96,3 faizi sığortalıdır. Bankın fəaliyyəti ilə bağlı hər hansı problem görmürük. Bizim nəzarət tədbirlərimizin nəticəsi olaraq bankın dayanıqlılığı artıb və fəaliyyətini davam etdirir”, - deyə Taleh Kazımov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
2
azertag.az

3Mənbələr