UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda Almaniyanın “Ayntraxt” komandası evdə İngiltərənin “Liverpul” klubunu qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş Frankfurtun “Frankfurt Arena” stadionunda baş tutub və baş hakim Fransua Leteksye (Fransa) olub.
Matç qonaqların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə “Ayntraxt”ın müdafiəçisi Rasmus Kristensen hesabı açıb. 35-ci dəqiqədə “Liverpul”un hücumçusu Uqo Ekitike bərabərlik qolunu vurub. 39-cu dəqiqədə müdafiəçi Vircil van Deyk qonaqları önə çıxarıb, 44-cü dəqiqədə isə İbraima Konate üçüncü qolu vurub. 66-cı dəqiqədə yarımmüdafiəçi Kodi Hakpo üstünlüyü möhkəmlədib, 70-ci dəqiqədə Dominik Soboslay hesabı 5:1-ə çatdıraraq görüşü tamamlayıb.
Üçüncü turdan sonra “Ayntraxt” ümumi mərhələnin turnir cədvəlində 3 xalla 22-ci pillədə, “Liverpul” isə 6 xalla 10-cu sırada qərarlaşıb.
 
                        