AZ

“Qarabağ”ın rəqibi evdə “Ayaks”ı darmadağın etdi

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda “Çelsi” komandası evdə “Ayaks” klubunu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Stamford Bric” stadionunda keçirilib və baş hakim Feliks Tsyayyer (Berlin, Almaniya) olub.

Matç 5:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. 15-ci dəqiqədə qonaqlar azlıqda qalıb – Kenneth Teylor qırmızı vərəqə alıb. 18-ci dəqiqədə Mark Giu hesabı açaraq “Çelsi”ni önə çıxarıb. 27-ci dəqiqədə Moyses Kaysedo üstünlüyü ikiqat artırıb. 33-cü dəqiqədə Vaut Vegorst penalti ilə fərqi azaltmış olsa da, 45-ci dəqiqədə Enzo Fernandes cərimə zərbəsindən üçüncü qolu vurub. 45+6-cı dəqiqədə Estevao penalti vasitəsilə fərqi daha da böyüdüb, 48-ci dəqiqədə Tayrik Corc matçın yekun hesabını müəyyənləşdirib.

Üçüncü turdan sonra “Çelsi” 6 xalla Çempionlar Liqasının ümumi cədvəlində orta sıralarda qərarlaşıb. “Ayaks” isə hələ xalsız olaraq sonuncu yerdədir.

Qeyd edək ki, növbəti turda “Çelsi” 5 noyabrda səfərdə “Qarabağ”la qarşılaşacaq, “Ayaks” isə eyni gün evdə “Qalatasaray”ı qəbul edəcək.

Seçilən
68
90deqiqe.az

1Mənbələr