AZ

ABŞ “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq etdi – Tramp Moskvadan atəşkəs tələb edir

ABŞ Maliyyə Nazirliyi Rusiyanın iri neft şirkətlərinə qarşı yeni sanksiyalar paketi tətbiq edib.

Musavat.com xəbər verir ki, qərar “Lukoyl” və “Rosneft” kimi enerji nəhənglərinə şamil olunur. Nazirliyin bəyanatında bildirilir ki, sanksiyaların məqsədi cəzalandırmaq deyil, davranışda müsbət dəyişikliklərə nail olmaqdır.

Yeni tədbirlər çərçivəsində bu şirkətlərə məxsus ABŞ-dakı bütün əmlak və aktivlər dondurulacaq. Həmçinin sanksiyalardan yayınmağa yardım göstərən ABŞ vətəndaşlarının cinayət məsuliyyətinə cəlb olunacağı, digər şəxslərə və şirkətlərə isə ikinci dərəcəli sanksiyaların tətbiq oluna biləcəyi açıqlanıb.

ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında bildirib:

“Xəzinədarlıq Departamenti Rusiyanın iri neft şirkətlərinə qarşı sanksiyalar tətbiq edir və Moskvanı dərhal atəşkəslə razılaşmağa çağırır. Artıq ölümə son qoymaq vaxtıdır”. 

 

Musavat.com

98f81c0c-ccf3-4a38-b495-956059decaf4.jpeg

Seçilən
45
46
musavat.com

10Mənbələr