AZ

“Qarabağ”ın qolu bizi qorxutmadı"

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyanın “Atletik” (Bilbao) komandası evdə Azərbaycan çempionu “Qarabağ” üzərində 3:1 hesablı qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Atletik”in baş məşqçisi Ernesto Valverde oyun barədə fikirlərini bölüşüb. O bildirib ki, “Qarabağ”ın vurduğu qolu sakit qarşıladıq və oyunun gedişində taktiki üstünlüyü qoruyaraq qollarımızı vurduq:

“Onlar bizə qol vuranda sakit qalmağa çalışdım, çünki qarşıda çox vaxt var idi. Qarşılaşmaya həyəcanla başladıq, ilk qoldan əvvəl ikinci qol vurmaq istəyirdik. Lakin sonradan ağıllı oynadıq və sürəti artırdıq. Nəticədə qollarımızı vurmağa başladıq. İlk hissədə üstünlük bizdə idi. Yüksək tempi saxlamaq asan deyildi. Daha çox topa sahib olmaq istəyirdik və rəqib buna mane olmağa çalışırdı”, – deyə Valverde qeyd edib.

Qeyd edək ki, matç Bilbo şəhərindəki “San Mames” stadionunda keçirilib və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

Seçilən
14
90deqiqe.az

1Mənbələr