AZ

Orta sinif ev ala bilmir EKSPERT

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İpoteka kreditləri ilə də mənzil almaq çətinləşdi 

Son 2 ildə mənzilə əlçatanlıq 150 faizdən 108 faizə düşdü

“Bu ildən etibarən mənzil bazarındakı qiymətlər Mərkəzi Bank tərəfindən təhlil olunur və nəzarət edilir. Hazırda bazarda 10,9 faizlik qiymət artımı müşahidə edilir". Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib. Sədr bildirib ki, Mərkəzi Bankın mövqeyinə görə, bu artım əsasən tələb faktorunun güclənməsi ilə bağlıdır. Eyni zamanda, qiymətlərə təsir edən əsas amillərdən biri də xərclərdir: “İpoteka portfelinin sektorda genişləndirilməsi məqsədilə bir sıra daxili təşəbbüslər həyata keçirilir. Məqsəd əhalinin mənzil əldə etməsi üçün əlavə hər hansısa məhsullarının yaradılmasıdır. Biz ipoteka portfelinin genişlənməsinin istəyirik. Bu, həm sosial, həm də iqtisadi inkişaf baxımından bizim üçün önəmlidir”.

Mövzuyla bağlı Sherg.az-a danışan iqtisadçı Xalid Kərimli mənzil bazarındakı bahalaşmanın əsas səbəbini tələbatın yüksək olması ilə əlaqələndirib. Onun sözlərinə görə, insanların iş tapdığı, təhsil aldığı və özünü reallaşdırdığı əsas bölgə Bakı-Abşeron yarımadasıdır. Bu isə burada həm yaşamaq, həm də investisiya məqsədilə mənzilə olan tələbatı artırır: 

“İnsan iş yerinə yaxın yaşamaq istəyir, bu da Bakıya axını artırır. Kirayə mənzillərə tələbin artması isə ümumi bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Digər tərəfdən, tikinti sektorunda xərclər artıb. Tikinti materiallarının qiyməti, inflyasiya, əmək haqlarının və xidmət tariflərinin yüksəlməsi bu prosesə təsir göstərir. Tikinti üçün torpaq məhduddur, xüsusilə Bakı-Abşeron ərazisində torpaq qiymətləri sürətlə artır. Tikinti üçün yeni sahələr tapmaq üçün mövcud obyektlər sökülməlidir ki, bu da əlavə xərclər yaradır. Əvvəllər tikintilərdə şəhərsalma standartlarına ciddi əməl olunmurdu, binalar arasında məsafə gözlənilmirdi. İndi isə bu sahədə nəzarət güclənib və qaydalara riayət olunur. Bu da tikinti şirkətləri üçün əlavə xərc deməkdir. Məsələn, əvvəllər bir sahədə min ev tikmək mümkün idisə, indi bu rəqəm 600-ə düşür. Bu isə tikinti xərclərini 30-40 faiz artırır”. 

Ekspert həmçinin qeyd edib ki, son 2 il ərzində əhalinin mənzilə əlçatanlığı kəskin pisləşib. Onun sözlərinə görə, əvvəllər bu imkan 150 faiz kimi qiymətləndirilirdisə, bu, hazırda 108 faizə düşüb: 

“Bu göstəricinin sürətlə düşməsi mənzil bazarındakı kəskin bahalaşmanı və bahalaşmanın əhalinin gəlirlərini üstələməsini göstərir. İnsanların orta gəlirlə mənzil alması daha da pisləşəcək. Mənzil bazarında qiymətlərin artımı davam etsə, biz Londondakı mənzil qiymətləri ilə müqayisə apara biləcəyik. İpoteka və Kredit Zəmanət Fondunun verdiyi məbləğlərlə mənzil qiymətləri arasındakı fərq böyüyür. Kommersiya bankları son 2 ildə ipoteka kreditlərinin faizlərini 3 faizdən çox artırıb. Bu vəziyyət əhalinin kreditlə ev almaq imkanını çətinləşdirir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
sherg.az

2Mənbələr