AZ

Tramp Putinlə görüşü ləğv etdiyini təsdiqlədi

BAKI, 23 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə planlaşdırılan görüşü ləğv etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Trampın çıxışı Ağ Evin "YouTube" kanalında dərc olunub.

Trampın sözlərinə görə, o, bu görüşün hazırkı mərhələdə “düzgün addım olmadığını” düşünüb.

“Mənə elə gəldi ki, biz istədiyimiz nəticəni əldə etməyəcəyik. Buna görə görüşü ləğv etdim. Amma onu gələcəkdə keçirəcəyik,” -deyə Tramp bildirib.

Seçilən
68
teleqraf.com

1Mənbələr