Bakı. Trend:
Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verənsilahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarətalması ilə nəticələnib.
Trend xəbər verir ki, polisinməlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısamüddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəşaçıldığı bildirilib. Nəticədə bir nəfər aldığı güllə yarasındanhadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralılarınsayı və vəziyyəti barədə məlumat verilməyib.
Polis hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxsqismində saxlayıb. Onun insidentdə iştirak edib-etmədiyiaraşdırılır. Hazırda ərazidə əməliyyat-axtarış və istintaqtədbirləri davam edir. Hadisə yerinə polis helikopteri cəlbolunub.